Kartofla bağlı yeni dövlət standartı təsdiq edilib
Ərzaq kartofunun istehsal və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğun tənzimlənməsini təmin etmək məqsədilə AZS 901-2021 "Ərzaq kartofu. Texniki şərtlər" dövlət standartı qəbul edilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Day.Az-a verilən məlumata görə, standart Tərəvəz toxum - əkin materiallarının, yetişdirilmiş məhsulların istehsalının, emalının, saxlanmasının, daşınmasının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxs tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Beynəlxalq standartlara və yerli şəraitə uyğun aparılmış elmi tədqiqat işlərinin nəticələrinə əsaslanaraq qəbul edilən yeni dövlət standartının müzakirəsində Kənd Təsərrüfatı Nazirliyinin müvafiq elmi tədqiqat institutlarının və digər aidiyyəti qurumların nümayəndələri iştirak edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре