36 yaşlı yeni nazir müavini

Xəbər verdiyimiz kimi, Azərbaycan müdafiə nazirinə yeni müavin təyin olunub.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Qurbanov Aqil Səlim oğlu təminat və təchizat məsələləri ilə məşğul olacaq.

1986-cı il təvəllüdlü A.Qurbanov daha əvvəl "PASHA Holding" MMC-yə daxil olan "PASHA İnvestments" MMC-də çalışıb.

O, daha sonra "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Müşahidə Şurasının sədri vəzifəsini tutub.