Azərbaycan Qarabağda yaşayan erməniləri getməyə məcbur etmir - Rufiz Hafizoğlu Əlcəzair dövlət telekanalı və "Qahir Axbariyya" telekanallarına müsahibə verib

Azərbaycan Qarabağda yaşayan erməniləri getməyə məcbur etmir, əksinə, onların Azərbaycana reinteqrasiyasını istəyir.

Day.Az xəbər verir ki, bunu Əlcəzairin AL24 dövlət telekanalında yayımlanan "Hadi Əlcəzair" verilişinə və Misirin "Qahirə Axbariyya" telekanalına Trend BİA-nın baş direktorunun müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri Rufiz Hafizoğlu deyib.

O qeyd edib ki, Qarabağdan gedən ermənilər istədikləri vaxt geri dönə bilərlər.

"Bununla yanaşı, Azərbaycan Qarabağdakı etmənilərin reinteqrasiyasını diqqət mərkəzində saxlayır və bunun üçün xüsusi portal yaradılıb", - deyə o bildirib.