Qondarma rejimin “polisləri” silahlarını Xankəndidə ataraq qaçıblar

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin "daxili işlər nazirliyinin polisləri" silahlarının hamısını Xankəndidə qoyaraq Qarabağı tam şəkildə tərk ediblər.

Day.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, separatçıların "rəhbəri" Samvel Şahramanyan ötən gün Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.