“Efirdə bəyənmədikləri hər zadı...”

Bəstəkar-müğənni Murad Arif bayağı veriliş və aparıcılarla bağlı paylaşım edib.

Day.Az olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə feysbuk hesabında yazıb:

"Azərbaycanda o sənətkar yoxdur ki, bayağı verilişə, bayağı aparıcıya qonaq olmasın. Efirdə bəyənmədikləri hər zadı elə həmin aparıcılar edir. Üzlərinə desinlər, sonra da durub efiri tərk etsinlər".