https://news.day.az/azerinews/1709569.html
Təcili eniş: “Lufthansa” reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla yerə endi
"Lufthansa" aviaşirkətinin Mumbai-Münxen reysini həyata keçirən təyyarəsinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş üçün müraciət edib. Səbəb sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub.

Aeroportun mətbuat xidmətindən Day.Az-а bildirilib ki, "Airbus A350" təyyarəsi yerli vaxtla saat 06:47-də Bakı hava limanında təhlükəsiz şəkildə yerə enib.
Sərnişinə hava limanında dərhal ilkin tibbi yardım göstərilib və vəziyyəti sabitləşdirmək üçün o, təcili tibbi yardım briqadasına təhvil verilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре