https://news.day.az/azerinews/1710188.html
Filippinin paytaxtı Manilada 1000-ə yaxın ev yanıb
Bu gün Filippinin paytaxtı Manilada güclü yanğın nəticəsində 1000-ə yaxın ev yanıb. Day.Az-ın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, yanğın gecəqonduların olduğu yaşayış massivində başlayıb. Hadisə evlərdən birinin ikinci mərtəbəsində başlayaraq 1000-ə yaxın evi əhatə edib. Bu evlərdə təxminən 2000 ailə yaşayır.
Filippinin paytaxtı Manilada 1000-ə yaxın ev yanıb

Bu gün Filippinin paytaxtı Manilada güclü yanğın nəticəsində 1000-ə yaxın ev yanıb.
Day.Az-ın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, yanğın gecəqonduların olduğu yaşayış massivində başlayıb. Hadisə evlərdən birinin ikinci mərtəbəsində başlayaraq 1000-ə yaxın evi əhatə edib. Bu evlərdə təxminən 2000 ailə yaşayır.
Yanğının söndürülməsinə 36 yanğınsöndürmə maşını və 2 helikopter cəlb olunub. Hazırda ölənlər və yaralananlarla bağlı məlumat verilmir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре