Türkiyədə şagirdləri daşıyan avtobus aşıb:

Türkiyənin İstanbul şəhərində şagirdləri daşıyan avtobus aşıb.

Day.Az xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

 

Məlumata görə, qəza nəticəsində 3-ü uşaq olmaqla 10 nəfər xəsarət alıb.

Xəsarət alanların vəziyyətinin yaxşı olduğu bildirilir.