https://news.day.az/azerinews/1722909.html
Qazaxıstanda 18 avtomobilin iştirakı ilə ağır qəza oldu
Alma-Ata - Ust-Kamenoqorsk magistral yolunun 28-ci kilometrliyində qatı duman şəraitində 18 avtomobilin iştirakı ilə böyük yol-nəqliyyat hadisəsi baş verib. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Kazavtoyol" avtomobil yollarının idarə olunması üzrə milli operatorun mətbuat xidməti məlumat yayıb.
Qazaxıstanda 18 avtomobilin iştirakı ilə ağır qəza oldu

Alma-Ata - Ust-Kamenoqorsk magistral yolunun 28-ci kilometrliyində qatı duman şəraitində 18 avtomobilin iştirakı ilə böyük yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Kazavtoyol" avtomobil yollarının idarə olunması üzrə milli operatorun mətbuat xidməti məlumat yayıb.
Hadisə yerli vaxtla saat 07:30 radələrində qeydə alınıb. Mətbuat xidmətinin məlumatına əsasən, qəza zamanı xəsarət alan və ya ölən olmayıb.
Şirkət nümayəndələri qəzaya sürücülərin məhdud görmə şəraitində sürət həddinə riayət etməməsi və təhlükəsiz məsafəni saxlamamasının səbəb olduğunu bildiriblər.
Hazırda hadisənin təfərrüatları araşdırılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре