https://news.day.az/azerinews/1753709.html Sanki meydana çempion komanda çıxmamışdı - Qurban Qurbanov "Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdilər". Day.Az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXXV turunda "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Sanki meydana çempion komanda çıxmamışdı - Qurban Qurbanov

Azərbaycanca, 18 мая 2025 22:05 (UTC +04:00) 475
Sanki meydana çempion komanda çıxmamışdı

"Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdilər".

Day.Az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXXV turunda "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, komandasının meydanda sonadək döyüşdüyünü bildirib: "Sanki meydana çempion komanda çıxmamışdı. Çünki oyunçular final fitinə kimi əzmkar mübarizə apardılar. Keyfiyyətli hücumlarımız çox oldu. Rəqibi fərdi epizodlarda üstələdik. Uşaqlarla qürur duyuram".

Q.Qurbanov yerli və bacarıqlı futbolçulara daim şans verdiklərini bildirib: "Bizim üçün hər biri dəyərlidir. Düzdür, lider komandayıq və bizdən tələblər çoxdur. Rotasiya etmək imkanımız az olur. Kluba ilk gəldiyim vaxtlarda avrokubok oyunlarında meydana 10 azərbaycanlı futbolçu çıxarırdım. Bunun da faydasını görürdük".

Xatırladaq ki, Ağdam təmsilçisi vaxtından əvvəl çempionluğu təmin edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости