https://news.day.az/azerinews/1755405.html Kolumbiyada tələbə avtobusu qəzasında 10 nəfər ölüb Kolumbiyanın qərbində tələbələri daşıyan avtobusun baryerə çırpılması nəticəsində azı 10 nəfər ölüb. Day.Az-ın məlumatına görə, bu barədə qəza qurbanlarının təhsil aldığı Aleksandr fon Humboldt Universiteti bildirib.

Kolumbiyada tələbə avtobusu qəzasında 10 nəfər ölüb

Azərbaycanca, 25 мая 2025 09:08 (UTC +04:00) 431
Kolumbiyada tələbə avtobusu qəzasında 10 nəfər ölüb

Kolumbiyanın qərbində tələbələri daşıyan avtobusun baryerə çırpılması nəticəsində azı 10 nəfər ölüb.

Day.Az-ın məlumatına görə, bu barədə qəza qurbanlarının təhsil aldığı Aleksandr fon Humboldt Universiteti bildirib.

"Avtobusda 22 tələbə, iki müəllim və müəssisəmizin rabitə şöbəsinin əməkdaşı olub", - deyə universitetin rektoru Dieqo Xaramilyo Lopes universitetin "Instagram" səhifəsində dərc olunmuş müraciətində bildirib.

Kolumbiyanın Armeniya şəhərində yerləşən universitet yeddi tələbə və üç universitet əməkdaşı olmaqla, ölənlərin siyahısını açıqlayıb. "Caracol" telekanalının məlumatına əsasən, qəza nəticəsində 8 tələbə həlak olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости