https://news.day.az/azerinews/1757940.html Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi - FOTO Əməkdar jurnalist İlyas Adıgözəlli vəfat edib. Day.Az konkret.az-a istinadən xəbər verir ki, İ.Adıgözəlli 87 yaşında dünyasını dəyişib. Qeyd edək ki, İlyas Xıdır oğlu Adıgözəlli 1938-ci ildə Gürcüstanın Borçalı (Marneuli) rayonunun Sadaxlı kəndində anadan olub. 1957-ci ildə Sadaxlı kənd orta məktəbini bitirib.

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi - FOTO

Azərbaycanca, 4 июня 2025 09:49 (UTC +04:00) 394
Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

Əməkdar jurnalist İlyas Adıgözəlli vəfat edib.

Day.Az konkret.az-a istinadən xəbər verir ki, İ.Adıgözəlli 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İlyas Xıdır oğlu Adıgözəlli 1938-ci ildə Gürcüstanın Borçalı (Marneuli) rayonunun Sadaxlı kəndində anadan olub. 1957-ci ildə Sadaxlı kənd orta məktəbini bitirib. Ali təhsilini isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin jurnalistika şöbəsində alıb.

1963-2007-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində işləyib. Bu illərdə "Araz" radiostansiyasında şöbə müdiri (1964), baş redaktorun müavini (1969), baş redaktor (1990), "Araz" proqramının baş direktoru (1993-1997-ci illərdə), radioda şərhçi (1997-2007-ci illərdə) vəzifələrində çalışıb.

1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülüb.

2007-ci ildən təqaüdə çıxsa da, Azərbaycan Televiziya və Radio Verilişləri-Qapalı Səhmdar Cəmiyyətində müqavilə üzrə proqramlar hazırlayıb.

Bakı Avrasiya Universitetində və Bakı Slavyan Universitetində Jurnalistika fakültəsi tələbələrinə dərs deyib.

İ.Adıgözəlli Əməkdar jurnalist Fikrət Adıgözəllinin atasıdır.

  • Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi
  • Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости