https://news.day.az/azerinews/1758529.html “Yay musiqi mövsümü”nün ziyarətçiləri xüsusi avtobuslarla daşınacaq İyunun 6-da "Sea Breeze"də baş tutacaq "Yay musiqi mövsümü"nün açılışında iştirak etmək istəyənlərin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə AYNA tərəfindən xüsusi avtobuslar ayrılıb.

“Yay musiqi mövsümü”nün ziyarətçiləri xüsusi avtobuslarla daşınacaq

Azərbaycanca, 6 июня 2025 10:40 (UTC +04:00) 655
“Yay musiqi mövsümü”nün ziyarətçiləri xüsusi avtobuslarla daşınacaq

İyunun 6-da "Sea Breeze"də baş tutacaq "Yay musiqi mövsümü"nün açılışında iştirak etmək istəyənlərin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə AYNA tərəfindən xüsusi avtobuslar ayrılıb.

Day.Az Agentliyə istinadən xəbər verir ki, ziyarətçilərin saat 17:00-dan 20:00-dək metronun "Koroğlu" stansiyasının şimal çıxışındakı Nəqliyyat Mübadilə Mərkəzindən ("Atletlər kəndi") "Sea Breeze"ə, saat 22:30-dan 00:00-dək isə əks istiqamətə daşınması ödənişsiz olaraq təmin ediləcək.

"Sea Breeze" və ətrafında parklanma yerlərinin məhdud olmasını nəzərə alaraq, tədbirin qonaqlarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələri tövsiyə edilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости