https://news.day.az/azerinews/1759953.html Acunun Fənərbağçadan gedişinin səbəbi məlum OLDU Fənərbağça İdman Klubunda vitse-prezident vəzifəsini icra edən Acun Ilıcalının gözlənilməz şəkildə vəzifəsini tərk etməsinin səbəbi ortaya çıxıb. Day.Az Milli.Az-a istinadla xəbər verir ki, bu qərarın əsas səbəbi klubun yeni baş məşqçisi Joze Mourinyonun Ilıcalı ilə bağlı narazılığı olub.

Acunun Fənərbağçadan gedişinin səbəbi məlum OLDU

Azərbaycanca, 12 июня 2025 17:10 (UTC +04:00) 401
Acunun Fənərbağçadan gedişinin səbəbi məlum

Fənərbağça İdman Klubunda vitse-prezident vəzifəsini icra edən Acun Ilıcalının gözlənilməz şəkildə vəzifəsini tərk etməsinin səbəbi ortaya çıxıb.

Day.Az Milli.Az-a istinadla xəbər verir ki, bu qərarın əsas səbəbi klubun yeni baş məşqçisi Joze Mourinyonun Ilıcalı ilə bağlı narazılığı olub.

Türkiyə mətbuatında yayılan xəbərlərə əsasən, Mourinyo Londonda klub prezidenti Ali Koçla görüşü zamanı Acun Ilıcalı ilə işləmək istəmədiyini bildirib. Portuqaliyalı mütəxəssis, xüsusilə transfer məsələlərinə heç kimin müdaxilə etməməsini tələb edib.

Bu səbəbdən, Acun Ilıcalının klubla yollarını ayırmaq qərarının sürətləndiyi və o, təxminən bir illik fəaliyyətindən sonra vəzifəsini könüllü şəkildə tərk etdiyi bildirilir.

Qeyd edək ki, Ilıcalı Fənərbağçadakı fəaliyyəti dövründə bir sıra strateji addımlarla diqqət çəkmişdi.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости