Bakıda 9 marşrut üzrə avtobusların hərəkəti ləngiyir

Bakıda 41, 45, 100, 108A, 108B, 123, 133, 147 və 165 nömrəli marşrut avtobuslarının hərəkət intervallarında ləngimələr müşahidə edilir.

Bu barədə Day.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, buna səbəb paytaxtın Binəqədi şosesində təmir-tikinti işlərinin aparılmasıdır.