https://news.day.az/azerinews/1773711.html Ağdam şəhərində 5-ci yaşayış məhəlləsində 50 ədəd bina inşa olunacaq Şəhərdə inşaasına başlanılan 5-ci yaşayış məhəlləsi isə 12 hektardan artıq ərazidə layihələndirilib. 5-ci yaşayış məhəlləsində 12 kvartal üzrə 50 ədəd bina inşa olunacaq. Day.Az xəbər verir ki, bu barədə Trend-ə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi məlumat verib.

Ağdam şəhərində 5-ci yaşayış məhəlləsində 50 ədəd bina inşa olunacaq

Azərbaycanca, 12 августа 2025 15:25 (UTC +04:00) 517
Ağdam şəhərində 5-ci yaşayış məhəlləsində 50 ədəd bina inşa olunacaq

Şəhərdə inşaasına başlanılan 5-ci yaşayış məhəlləsi isə 12 hektardan artıq ərazidə layihələndirilib. 5-ci yaşayış məhəlləsində 12 kvartal üzrə 50 ədəd bina inşa olunacaq.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi məlumat verib.

Onun sözlərinə görə, onlardan 40 ədədi çoxmənzilli yaşayış binası, 10 ədədi isə qeyri yaşayış binasıdır:

"Həmin binalarda 1074 mənzil olacaq. Mənzillərin 5 ədədi 1 otaqlı, 372 ədədi 2 otaqlı, 443 ədədi 3 otaqlı və 254 ədədi isə 4 otaqlıdır. Bu yaşayış məhəlləsinə isə 3205 nəfərin köçürülməsi planlaşdırılır. Bundan əlavə 5-ci yaşayış məhəlləsində qeyri-yaşayış binaları da tikiləcək. Burada da uşaq meydançası, idman meydançası, istirahət meydançası və qazanxanalar olacaq".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости