https://news.day.az/azerinews/1775497.html Diana Əhədpur Parisdə yeni milyonçu sevgilisi ilə əl-ələ - VİDEO Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpurun başqa kişi ilə əl-ələ görüntüsü yayılıb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, videonu 1,2 milyon izləyicisi olan və Monako, Fransada sevgilisi ilə dolaşan milyonçuların həyat tərzini nümayiş etdirən "Pistons brothers" adlı səhifə yayıb.

Diana Əhədpur Parisdə yeni milyonçu sevgilisi ilə əl-ələ - VİDEO

Azərbaycanca, 22 августа 2025 14:00 (UTC +04:00) 434
Diana Əhədpur Parisdə yeni milyonçu sevgilisi ilə əl-ələ

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpurun başqa kişi ilə əl-ələ görüntüsü yayılıb. 

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, videonu 1,2 milyon izləyicisi olan və Monako, Fransada sevgilisi ilə dolaşan milyonçuların həyat tərzini nümayiş etdirən "Pistons brothers" adlı səhifə yayıb.

Görüntülərin Parisdə lentə alındığı qeyd olunub. Səhifə daha sonra görüntüləri silsə də, video qısa zamanda sosial şəbəkədə yayılıb və müzakirələrə səbəb olub.

Qeyd edək ki, uzun müddətdir  keçmiş modelin iran əsilli biznesmen Manuçehr Əhədpurla boşanması haqda iddialar gəzir.  Diana bir müddətdir haqqında gəzən boşanma iddialarına cavab verərkən "Boşanmıram. Əl çəkin, boşanmıram" demişdi.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости