Azərbaycanın Bəhreyndə səfirliyi açılacaq

Azərbaycan Respublikasının Bəhreyn Krallığında səfirliyi təsis ediləcək.

Day.Az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

"Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanunu layihəsi komitədə müzakirə ediləcək.