Avtobus sürücüsü “mənim vaxtım bitdi” deyib sərnişinləri yarı yolda qoydu

36 nömrəli avtobusun sürücüsü sərnişinləri yarı yolda düşürüb. 

Day.Az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb. 

Sərnişinlərin iddiasına görə, sürücü onları körpünün üzərində düşürüb. Deyib ki, "mənim vaxtım bitdi, dayanacağa qayıtmalıyam". Sərnişinlər sürücünün bu addımına etiraz ediblər.

Qeyd edək kli, avtobus Əhmədli-Ulduz marşrutu üzrə hərəkət edir.