https://news.day.az/azerinews/1800753.html Uşağın oxuma və yazma bacarıqlarını daha tez inkişaf etdirməklə bağlı araşdırmalar yetərli deyil - Emin Əmrullayev Öyrənmə keyfiyyətini tədqiq edən elmi araşdırmalar ölkəmizdə hələ kifayət qədər inkişaf etməyib. Day.Az Trend-ə istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" mövzusuna həsr edilən Konfransda çıxışı zamanı deyib.

Uşağın oxuma və yazma bacarıqlarını daha tez inkişaf etdirməklə bağlı araşdırmalar yetərli deyil - Emin Əmrullayev

Azərbaycanca, 8 декабря 2025 12:39 (UTC +04:00) 308
Uşağın oxuma və yazma bacarıqlarını daha tez inkişaf etdirməklə bağlı araşdırmalar yetərli deyil

Öyrənmə keyfiyyətini tədqiq edən elmi araşdırmalar ölkəmizdə hələ kifayət qədər inkişaf etməyib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" mövzusuna həsr edilən Konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, dilin öyrənilməsi ilə bağlı ümumi tədqiqatlar olsa da, praktiki fayda verən araşdırmalar məhduddur.

"Bizə əsas fayda, məsələn, 7-8 yaşlı və ya 11 yaşlı uşaqlara dili necə daha səmərəli öyrətmək mümkünlüyü barədə konkret nəticələr verən tədqiqatlardan gəlir. Bu sahədə, yəni uşağın oxuma və yazma bacarıqlarını necə daha tez inkişaf etdirmək sualına cavab verən sistemli araşdırmalar hələ də yetərli deyil", - deyə o əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости