Həmkarlar ittifaqları hərəkatının gücü birlikdə, dəyərlərə sadiqliyindədir

Müzakirələrin Azərbaycanda işçilərin hüquqlarının daha da güclənməsinə, sosial dialoqun dərinləşməsinə və bütün əməkçilər üçün daha ədalətli və inklüziv bir gələcəyin qurulmasına gətirib çıxaracağına inanırıq.

Day.Az xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatı İşçilərin Fəaliyyəti Bürosunun direktoru Oliver Röpke bu gün Bakıda keçirilən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayına ünvanladığı videomüraciətdə bildirib.

"İndiyə qədər olduğu kimi əmək mühafizəsi, platforma məşğulluğu, ədalətli keçid və digər siyasət sahələrində təşəbbüslərinizi dəstəklədiyimiz kimi yenə də sizin yanınızdayıq.

Hörmətli həmkarlar, həmkarlar ittifaqları hərəkatının gücü birlikdə, müstəqillikdə, həmrəyliyində və onu müəyyən edən dəyərlərə sadiqliyindədir.

Hamınıza uğurlu və ilhamverici bir Qurultay arzulayıram. Müzakirələrin Azərbaycanda işçilərin hüquqlarının daha da güclənməsinə, sosial dialoqun dərinləşməsinə və bütün əməkçilər üçün daha ədalətli və inklüziv bir gələcəyin qurulmasına gətirib çıxaracağına inanırıq".