https://news.day.az/azerinews/1804105.html ABŞ-də "Johnson & Johnson" şirkəti 65,5 milyon dollar məbləğində təzminat ödəyəcək ABŞ-nin Minnesota ştatında Andlılar Məhkəməsi "Johnson & Johnson" şirkətinin 37 yaşlı Anna Cin Hyuton Karliyə 65,5 milyon dollar məbləğində təzminat ödəməsi barədə qərar verib. Day.Az-ın məlumatına görə, iddiaçı bildirib ki, şirkətin istehsal etdiyi talkəsaslı uşaq pudrasından istifadə onun mezotelioma xəstəliyinə yol açıb.

ABŞ-də "Johnson & Johnson" şirkəti 65,5 milyon dollar məbləğində təzminat ödəyəcək

Azərbaycanca, 21 декабря 2025 15:40 (UTC +04:00) 315
ABŞ-də "Johnson & Johnson" şirkəti 65,5 milyon dollar məbləğində təzminat ödəyəcək

ABŞ-nin Minnesota ştatında Andlılar Məhkəməsi "Johnson & Johnson" şirkətinin 37 yaşlı Anna Cin Hyuton Karliyə 65,5 milyon dollar məbləğində təzminat ödəməsi barədə qərar verib.

Day.Az-ın məlumatına görə, iddiaçı bildirib ki, şirkətin istehsal etdiyi talkəsaslı uşaq pudrasından istifadə onun mezotelioma xəstəliyinə yol açıb.

 

Məhkəmə materiallarına əsasən, Karlinin vəkilləri "Johnson & Johnson"un talk məhsullarının asbestlə çirklənə biləcəyini bildiyini, lakin istehlakçıları potensial təhlükə barədə xəbərdar etmədiyini sübut edən dəlillər təqdim ediblər.

2023-cü ildə talklı pudranın satışını dayandıran şirkət ittihamları rədd edir və məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini açıqlayıb. Son aylarda "Johnson & Johnson" fərqli məhkəmələr tərəfindən də çoxmilyonlu cərimələrə məruz qalıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости