https://news.day.az/azerinews/1816123.html
Biləsuvarda transformatorda partlayış yox, qəza baş verib - AÇIQLAMA
Biləsuvarda 10 kilovotluq elektrik xəttində qəza baş verib. Day.Az xəbər verir ki, qəza nəticəsində rayon mərkəzinin bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb. "Azərişıq" ASC-dən Trend-ə verilən məlumata görə, hazırda ərazidə təmir-bərpa işləri aparılır.
Biləsuvarda transformatorda partlayış yox, qəza baş verib - AÇIQLAMA
Biləsuvarda 10 kilovotluq elektrik xəttində qəza baş verib.
Day.Az xəbər verir ki, qəza nəticəsində rayon mərkəzinin bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb.
"Azərişıq" ASC-dən Trend-ə verilən məlumata görə, hazırda ərazidə təmir-bərpa işləri aparılır.
"Rayon mərkəzində elektrik təchizatında fasilə yaranan ərazilərdə işıq 1 saat ərzində bərpa ediləcək", - deyə qurumdan əlavə edilib.
Qeyd edək ki, bəzi yerli media orqanlarında transformatorda partlayış olması ilə bağlı məlumat verilib. "Azərişıq" ASC isə bu iddianı təkzib edir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре