https://news.day.az/azerinews/1817952.html Fransadakı soydaşlarımız MMA turnirində azərbaycanlı idmançıya dəstək oldular - FOTO Fransada keçirilən beynəlxalq səviyyəli MMA döyüşləri üzrə turnirdə soydaşlarımız - Üçqat dünya, ikiqat Avropa çempionu, Əməkdar idman ustası Aqşin Babayev və MMA üzrə Avropa və Azərbaycan çempionu Sənan Səfərli qalibiyyət uğrunda mübarizə aparıb.

Fransadakı soydaşlarımız MMA turnirində azərbaycanlı idmançıya dəstək oldular - FOTO

Azərbaycanca, 23 февраля 2026 21:43 (UTC +04:00) 854
Fransadakı soydaşlarımız MMA turnirində azərbaycanlı idmançıya dəstək oldular

Fransada keçirilən beynəlxalq səviyyəli MMA döyüşləri üzrə turnirdə soydaşlarımız - Üçqat dünya, ikiqat Avropa çempionu, Əməkdar idman ustası Aqşin Babayev və MMA üzrə Avropa və Azərbaycan çempionu Sənan Səfərli qalibiyyət uğrunda mübarizə aparıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Day.Az-a verilən məlumata görə, idmançılarımız güclü, dəqiq zərbələri, fiziki hazırlığı, soyuqqanlı və hesablanmış döyüş tərzi ilə peşəkarlıq nümayiş etdiriblər.

Bildirilib ki, ağır mübarizə şəraitində keçən görüşdə Sənan Səfərli rəqibi fransız idmançı Adam Magomadovu məğlub edərək qarşılaşmanı qalibiyyətlə başa vurub.

Fransada yaşayan soydaşlarımız yarış zamanı idmançılarımıza güclü mənəvi dəstək göstəriblər. Arenada dalğalanan üçrəngli Azərbaycan bayrağı, eləcə də tribunadan səslənən coşqulu dəstək çağırışları idmançılarımıza əlavə ruh yüksəkliyi və motivasiya verib.

Xaricdə keçirilən beynəlxalq idman yarışlarında soydaşlarımızın uğurlu çıxışı və Azərbaycan diasporunun həmrəyliyi ölkəmizin idman nüfuzunun daha da yüksəlməsinə, milli birliyimizin möhkəmlənməsinə mühüm töhfə verir.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Fransada yaşayan soydaşlarımızın turnirdə tamaşaçı qismində iştirakına dəstək göstərib. Bu, xaricdə yaşayan soydaşlarımıza göstərilən xüsusi diqqət və qayğının bariz göstəricisidir.

  • Fransadakı soydaşlarımız MMA turnirində azərbaycanlı idmançıya dəstək oldular

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости