Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Kahramanmaraş vilayətinin Elbistan rayonunda 4,7 bal gücündə zəlzələ baş verib.

Day.Az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.