https://news.day.az/azerinews/1823711.html "Çelsi"nin keçmiş oyunçusu narkotikə görə SAXLANILDI Narkotik vasitələr əldə etməkdə şübhəli bilinən "Vest Bromviç Albion" və "Çelsi"nin sabiq müdafiəçisi Nil Klement İspaniyada saxlanılıb. Milli.Az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, İngiltərə Premyer Liqasının 47 yaşlı sabiq oyunçusu "Riviera del Sol" ticarət mərkəzində saxlanılıb.

"Çelsi"nin keçmiş oyunçusu narkotikə görə SAXLANILDI

Azərbaycanca, 22 марта 2026 10:52 (UTC +04:00) 357
"Çelsi"nin keçmiş oyunçusu narkotikə görə

Narkotik vasitələr əldə etməkdə şübhəli bilinən "Vest Bromviç Albion" və "Çelsi"nin sabiq müdafiəçisi Nil Klement İspaniyada saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri məlumat yayıb.

Məlumata görə, İngiltərə Premyer Liqasının 47 yaşlı sabiq oyunçusu "Riviera del Sol" ticarət mərkəzində saxlanılıb. Onun üzərində və yaşadığı yerdə müxtəlif narkotik maddələrlə nağd pul aşkarlanıb.

Klement 2000-2010-cu illərdə "Vest Bromviç"in heyətində çıxış edib, 295 oyun keçirərək 24 qol vurub. O, əvvəllər "Çelsi"də də oynayıb.

Klement saxlanıldıqdan sonra məhkəmə qarşısına çıxarılıb və istintaq müddətində girov müqabilində sərbəst buraxılıb. Polis bir kiloqramdan çox qadağan olunmuş maddə müsadirə edib. Əməliyyat sakinlərin şübhəli fəaliyyətlə bağlı şikayətlərindən sonra aparılan yoxlamanın bir hissəsi olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости