Tələbəyə qəsdən aşağı bal yazan müəllimlər CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNUR
2012/2013-cü tədris ilində Türkiyənin Adana şəhərində bir riyaziyyat müəllimi imtahan zamanı beş tələbəyə aşağı qiymət verib və bunun nəticəsində onların imtahandan kəsilməsinə səbəb olub.
Tələbələrin müraciəti əsasında aparılan araşdırmaların yekununda müəllimə qarşı Türkiyə Cinayət Məcəlləsinin 257-ci maddəsinə əsasən "vəzifə səlahiyyətlərindən sui-istifadə" ittihamı ilə cinayət işi başlanıb.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də vəzifə səlahiyyətlərindən sui-istifadə 308-ci maddədə nəzərdə tutulub.
Vəzifəli şəxs xidməti vəzifəsini icra edərkən öz və ya başqasının qanunsuz üstünlük əldə etməsi üçün səlahiyyətlərini düzgün istifadə etməsə və ya lazım olan hallarda istifadə etməsə, bu, fiziki və ya hüquqi şəxslərə, cəmiyyətə və dövlətə ciddi zərər vurursa, cinayət məsuliyyətinə səbəb olur.
Konstitusiya Məhkəməsinin Plenumunun 19 iyul 2013-cü il tarixli qərarına əsasən, tələbələrdən və ya digər təhsil alan şəxslərdən imtahan qəbul edən müəllimləri də vəzifəli şəxslər sırasına aid etmək olar.
Maddənin tətbiqi baxımından mühüm zərər dedikdə vətəndaşların konstitusion hüquq və azadlıqlarının pozulması, eləcə də hakimiyyət orqanlarının cəmiyyət arasında nüfuzdan düşməsinə səbəb olan hallar başa düşülür.
Beləliklə, müəllim də Azərbaycan Respublikasının CM-nin 308-ci maddəsinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilə bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре