https://news.day.az/azerinews/1840513.html Paytaxtda avtomobil yandı - VİDEO Paytaxtın Nizami rayonunda minik avtomobilində yanğın hadisəsi qeydə alınıb. Day.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəmşid Naxçıvanski küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Paytaxtda avtomobil yandı - VİDEO

Azərbaycanca, 10 июня 2026 15:04 (UTC +04:00) 259
Paytaxtda avtomobil yandı

Paytaxtın Nizami rayonunda minik avtomobilində yanğın hadisəsi qeydə alınıb.

Day.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəmşid Naxçıvanski küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları göndərilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində "Hyundai" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Alovun ətrafdakı ağaclıq sahəyə yayılmasının qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Ərazidə yerləşən ağaclar da yanğından mühafizə edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости