Elxan Qəhrəman Azərbaycanın Tacikistandakı səfiri təyin edilib

Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. 

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı digər Sərəncamla Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmışdı.