https://news.day.az/azerinews/1851351.html
"Çelsi"yə transfer qadağası tətbiq olunub
İngiltərə Futbol Assosiasiyası "Çelsi" klubuna transfer qaydalarını pozduğuna görə cəza tətbiq edib. AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi 2009-2022-ci illərdə transferlər zamanı yol verilmiş pozuntulara görə 10 milyon funt sterlinq məbləğində cərimələnib.
"Çelsi"yə transfer qadağası tətbiq olunub
İngiltərə Futbol Assosiasiyası "Çelsi" klubuna transfer qaydalarını pozduğuna görə cəza tətbiq edib.
AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi 2009-2022-ci illərdə transferlər zamanı yol verilmiş pozuntulara görə 10 milyon funt sterlinq məbləğində cərimələnib. Kluba, həmçinin iki transfer pəncərəsi müddətinə yeni futbolçuların alınması qadağan olunub. Qadağanın 2027-ci il iyunun 30-da başa çatacağı bildirilib.
Məlumata görə, klub 2011-2018-ci illərdə menecerlərə qeydiyyatdan kənar ödənişlər edildiyini etiraf edib. "Çelsi" üçün nəzərdə tutulan xalsilmə (6) cəzası isə apellyasiyadan sonra ləğv edilib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре