Sabah Bakıda 39 dərəcə isti olacaq
Sabah 39 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən avqustun 9-da Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdən başlayaraq arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре