https://news.day.az/azerinews/1854215.html Kolumbiyada zəlzələ qurbanlarının sayı 294 nəfərə çatıb Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 294 nəfərə çatıb. Ölkənin Fəlakət Risklərinin İdarə Olunması üzrə Milli İdarəsinin (UNGRD) məlumatına görə, 3 935 nəfər yaralanıb, 320 nəfər itkin düşüb, 353 nəfər isə xilas edilib.

Kolumbiyada zəlzələ qurbanlarının sayı 294 nəfərə çatıb

Azərbaycanca, 16 августа 2026 10:15 (UTC +04:00) 169
Kolumbiyada zəlzələ qurbanlarının sayı 294 nəfərə çatıb

Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 294 nəfərə çatıb.

Ölkənin Fəlakət Risklərinin İdarə Olunması üzrə Milli İdarəsinin (UNGRD) məlumatına görə, 3 935 nəfər yaralanıb, 320 nəfər itkin düşüb, 353 nəfər isə xilas edilib.

Qurumun son məlumatına əsasən, təbii fəlakət 15 departamentin 448 bələdiyyəsində 54 008 ailəyə, ümumilikdə isə 115 461 nəfərə təsir göstərib. Bildirilir ki, 66 bina tamamilə dağılıb, 14 493 ev məhv olub, daha 81 506 yaşayış evi isə zədələnib.

UNGRD "X" sosial şəbəkəsində paylaşdığı məlumatda bildirib ki, Kolumbiya hökuməti beynəlxalq yardımın cəlb edilməsini təsdiqləyib. Yardım çərçivəsində ABŞ, Ekvador və İsraildən BMT tərəfindən sertifikatlaşdırılmış axtarış-xilasetmə qrupları ölkəyə göndərilir.

Hakimiyyət orqanları əlavə beynəlxalq dəstəyə ehtiyacın olub-olmadığını qiymətləndirməyə davam edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости