https://news.day.az/azerinews/1854449.html ABŞ və İran atəşkəsin uzadılması ilə bağlı razılığa gəlib ABŞ və İran 60 günlük atəşkəs rejiminin müddətinin uzadılması barədə razılığa gəliblər. Day.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalı öz məlumatlı mənbələrinə istinadən xəbər yayıb.

ABŞ və İran atəşkəsin uzadılması ilə bağlı razılığa gəlib

Azərbaycanca, 17 августа 2026 15:52 (UTC +04:00) 153
ABŞ və İran atəşkəsin uzadılması ilə bağlı razılığa gəlib

ABŞ və İran 60 günlük atəşkəs rejiminin müddətinin uzadılması barədə razılığa gəliblər.

Day.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalı öz məlumatlı mənbələrinə istinadən xəbər yayıb.

"İran və ABŞ arasında 60 günlük atəşkəsin uzadılması ilə bağlı razılıq əldə edildiyi barədə məlumat daxil olub", - telekanala danışan mənbələr bildiriblər.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının bağlandığını bildirir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости