https://news.day.az/azerinews/1857165.html Kiçik mənzillərə tələbatın artmasının səbəbləri AÇIQLANDI Bakıda mənzillərin bahalaşması alıcıların daha kiçik sahəli evlərə marağını artırıb. Day.Az Xəzər TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, bu mənzillər əsasən investisiya məqsədilə alınır və onların gəlirlilik imkanları sahəsindən daha çox önə çıxır.

Kiçik mənzillərə tələbatın artmasının səbəbləri AÇIQLANDI

Azərbaycanca, 1 сентября 2026 16:10 (UTC +04:00) 186
Kiçik mənzillərə tələbatın artmasının səbəbləri

Bakıda mənzillərin bahalaşması alıcıların daha kiçik sahəli evlərə marağını artırıb.

Day.Az Xəzər TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, bu mənzillər əsasən investisiya məqsədilə alınır və onların gəlirlilik imkanları sahəsindən daha çox önə çıxır.

Ekspert bildirir ki, istismar müddətini başa vuran binaların sökülməsi də kiçik mənzillərə tələbatı artıran amillərdəndir. Xüsusilə mərkəzi ərazilərdən köçmək istəməyən sakinlər daha əlçatan, bir və iki otaqlı mənzillərə üstünlük verirlər.

Ramil Osmanlının sözlərinə görə, son illərdə Bakı mərkəzində yeni tikililərdə bir və iki otaqlı mənzillərin payı əhəmiyyətli dərəcədə artıb. Qiymət artımı davam edərsə, kiçik sahəli mənzillərə tələbatın daha da yüksələcəyi gözlənilir.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости