https://news.day.az/azerinews/1857991.html BMW sahiblərinin nəzərinə: Bu modellərdə yanğın riski var BMW Almaniyada 189 130 avtomobili yanğın təhlükəsi səbəbindən geri çağırır. Day.Az xəbər verir ki, problem 2014-2020-ci illərdə istehsal olunan 3, 5 və 7 seriyalı bəzi avtomobillərdə aşkarlanıb.

BMW sahiblərinin nəzərinə: Bu modellərdə yanğın riski var

Azərbaycanca, 5 сентября 2026 11:49 (UTC +04:00) 222
BMW sahiblərinin nəzərinə:

BMW Almaniyada 189 130 avtomobili yanğın təhlükəsi səbəbindən geri çağırır.

Day.Az xəbər verir ki, problem 2014-2020-ci illərdə istehsal olunan 3, 5 və 7 seriyalı bəzi avtomobillərdə aşkarlanıb.

Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsinin məlumatına görə, starter rölesinin nəmdən kifayət qədər qorunmaması onun kontaktlarında korroziyaya və qısaqapanmaya səbəb ola bilər. Bu isə yanğın riskini artırır.

Geri çağırılmaya müxtəlif nəsillərdən olan BMW 3, 5 və 7 seriyaları daxildir. Avtomobil sahiblərinə VIN kodu ilə nəqliyyat vasitələrinin kampaniyaya düşüb-düşmədiyini yoxlamaq tövsiyə olunur.

Problem aşkarlanarsa, BMW tərəfindən starter dəyişdiriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости