https://news.day.az/azerinews/1859427.html Belarusda səfərbərlik hazırlığı yoxlanılıacaq - Lukaşenko Belarus ordusunda yoxlamalar davam etdiriləcək, o cümlədən səfərbərlik hazırlığının yoxlanılması planlaşdırılır. Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko cümə günü Brest vilayətindəki "Obuz-Lesnovski" ümumqoşun poliqonunda jurnalistlərə açıqlamasında bildirib.  

Belarusda səfərbərlik hazırlığı yoxlanılıacaq - Lukaşenko

Azərbaycanca, 11 сентября 2026 20:00 (UTC +04:00) 278
Belarusda səfərbərlik hazırlığı yoxlanılıacaq

Belarus ordusunda yoxlamalar davam etdiriləcək, o cümlədən səfərbərlik hazırlığının yoxlanılması planlaşdırılır.

Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko cümə günü Brest vilayətindəki "Obuz-Lesnovski" ümumqoşun poliqonunda jurnalistlərə açıqlamasında bildirib.

 

"Mən artıq sadə dildə demişəm: ordunu silkələmək lazımdır, bunun vaxtı çatıb. Bütün ordunu. Hamını yoxlayacağıq. Səfərbərliyə qədər", - deyə dövlət agentliyi BelTA Lukaşenkonun sözlərini sitat gətirib.

Belarus Prezidenti hazırda onun tapşırığı ilə artilleriya briqadasının yoxlanıldığını, bundan əvvəl isə tank və motoatıcı bölmələrin yoxlanıldığını xatırladıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости