https://news.day.az/azerinews/1860177.html Müdafiə naziri Çində işgüzar səfərdədir - FOTO Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasında işgüzar səfərdədir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri Çində işgüzar səfərdədir - FOTO

Azərbaycanca, 15 сентября 2026 14:26 (UTC +04:00) 218
Müdafiə naziri Çində işgüzar səfərdədir

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasında işgüzar səfərdədir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, General-polkovnik Zakir Həsənov Çin Aerokosmik Elmi və Sənaye Korporasiyasının (CASIC - China Aerospace Science and Industry Corporation) istehsalat bazasında olub. Burada CASIC-in Baş direktoru cənab Çen Şaoyan ilə görüşən müdafiə naziri müdafiə təyinatlı müxtəlif sistemlərə baxış keçirib.

 

Səfər çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikasının milli müdafiə naziri admiral Dong Jun ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq təhlükəsizlik və sabitlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

  • Müdafiə naziri Çində işgüzar səfərdədir
  • Müdafiə naziri Çində işgüzar səfərdədir
  • Müdafiə naziri Çində işgüzar səfərdədir
  • Müdafiə naziri Çində işgüzar səfərdədir
  • Müdafiə naziri Çində işgüzar səfərdədir
  • Müdafiə naziri Çində işgüzar səfərdədir
  • Müdafiə naziri Çində işgüzar səfərdədir
  • Müdafiə naziri Çində işgüzar səfərdədir
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости