Çin-Azərbaycan tərəfdaşlığı qarşılıqlı etimad nümunəsidir – səfir
Çin-Azərbaycan əməkdaşlığı Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində iki ölkə arasında qarşılıqlı etimad və dostluq əməkdaşlığının nümunəsidir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümünə həsr olunmuş qəbulda çıxış edən Çinin Azərbaycandakı səfiri Lu Mey deyib,
"Bu il, həqiqətən də, Çin-Azərbaycan əməkdaşlığı üçün məhsuldar olub", - deyə Lu Mey bildirib.
Səfirin sözlərinə görə, Çin və Azərbaycan suverenlik, müstəqillik və ərazi bütövlüyü ilə bağlı məsələlərdə bir-birini ardıcıl olaraq dəstəkləyib, eyni zamanda bir-birinin seçdiyi inkişaf yoluna hörmətlə yanaşıb.
O qeyd edib ki, Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq yüksək səviyyəli əməkdaşlığın genişləndirilməsi və iki ölkə arasında qarşılıqlı etimadın gücləndirilməsi üçün əsas yaradır.
Lu Mey vurğulayıb ki, Çin və Azərbaycan qarşılıqlı hörmət və ümumi maraqlar əsasında əməkdaşlığı inkişaf etdirməyə davam edəcək.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan rəsmilərinin, diplomatların, beynəlxalq təşkilatların nümayəndələrinin, biznes ictimaiyyətinin və media təmsilçilərinin iştirakı ilə Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümünə həsr olunmuş qəbul keçirilib.
Qəbul oktyabrın 1-də qeyd ediləcək Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü ərəfəsində keçirilib. Çin Xalq Respublikası 1949-cu il oktyabrın 1-də elan edilib və bu tarix hər il Çinin Milli Günü kimi qeyd olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре