https://news.day.az/azerinews/1865633.html Bakının bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq Oktyabrın 9-da Bakının Xətai və Binəqədi rayonlarının bəzi ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Bakının bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycanca, 9 октября 2026 09:25 (UTC +04:00) 148
Bakının bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Oktyabrın 9-da Bakının Xətai və Binəqədi rayonlarının bəzi ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Day.Az "Azərişıq" ASC-yə istinadla xəbər verir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yüksəldilməsi və artan yük tələbatının qarşılanması məqsədilə Xətai rayonunda 10/0,4 kV-luq transformator məntəqəsində (TM) təmir, Binəqədi rayonunda isə 6 kV-luq "Masazır-1" və "Masazır-2" hava xətlərində yenidənqurma işləri aparılacaq.

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində saat 10:00-dan 15:00-dək Gəncə prospektinin bir hissəsində və 191 saylı məktəbin ətrafında elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində isə 10 May küçəsində və Xırdalan-Binəqədi yolunun aşağı hissəsində saat 11:00-dan 16:00-dək elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

Görülən işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin elektrik enerjisi ilə təchizatının keyfiyyətinin və dayanıqlığının artırılması nəzərdə tutulur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости