https://news.day.az/azerinews/1872837.html Azərbaycan gimnastı Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub - FOTO Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında Azərbaycan millisinin aktivinə daha bir medal yazılıb.

Azərbaycan gimnastı Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub - FOTO

Azərbaycanca, 7 ноября 2026 14:55 (UTC +04:00) 178
Azərbaycan gimnastı Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında Azərbaycan millisinin aktivinə daha bir medal yazılıb.

Tamblinq üzrə fərdi proqramda mübarizə aparan milli komandamızın üzvü Tofiq Əliyev final mərhələsində uğurlu çıxış nümayiş etdirərək 29.700 xal toplayıb və Dünya çempionatının gümüş medalını qazanıb.

Bu nəticə Tofiq Əliyevin karyerasında xüsusi əhəmiyyət daşıyır. Belə ki, gimnastımız fərdi proqramda ilk dəfə Dünya çempionatının gümüş medalına sahib olub.

 

Gərgin mübarizə şəraitində keçən finalda Portuqaliya təmsilçisi Vasco Peso qızıl medal qazanıb, ABŞ təmsilçisi Kaden Brown isə üçüncü pillədə qərarlaşıb.

Bununla da tamblinq üzrə təmsilçilərimiz üçün Dünya çempionatı həyəcanı başa çatıb.

  • Azərbaycan gimnastı Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
  • Azərbaycan gimnastı Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости