https://news.day.az/azerinews/1872849.html
Jurnalist Elnur Şükürov həbs edilib
Jurnalist Elnur Şükürov həbs edilib. APA xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Jurnalist Elnur Şükürov həbs edilib
Jurnalist Elnur Şükürov həbs edilib.
APA xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) və 188.1-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, bir neçə il öncə "Səda TV"nin rəhbəri olan E.Şükürov rüşvət almaqda və dələduzluqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdi. O, ötən il azadlığa çıxmışdı.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре