https://news.day.az/azerinews/1872883.html CENTCOM İrandan silah və digər materialların quru yollarla daşınmasının qarşısını almaq üçün xüsusi qrup yaradıb ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın qabaqcıl silah sistemlərini və digər materialları quru marşrutları ilə daşımasının qarşısını almaq məqsədilə xüsusi işçi qrupu yaradıb. APA xəbər verir ki, bu barədə CENTCOM-un "X" səhifəsində yaydığı məlumatda bildirilib.

CENTCOM İrandan silah və digər materialların quru yollarla daşınmasının qarşısını almaq üçün xüsusi qrup yaradıb

Azərbaycanca, 7 ноября 2026 18:32 (UTC +04:00) 168
CENTCOM İrandan silah və digər materialların quru yollarla daşınmasının qarşısını almaq üçün xüsusi qrup yaradıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın qabaqcıl silah sistemlərini və digər materialları quru marşrutları ilə daşımasının qarşısını almaq məqsədilə xüsusi işçi qrupu yaradıb.

APA xəbər verir ki, bu barədə CENTCOM-un "X" səhifəsində yaydığı məlumatda bildirilib.

Məlumata görə, CENTCOM-un komandanı admiral Bred Kuper (Brad Cooper) "Iron Gate" ("Dəmir Qapı") adlı işçi qrupunun yaradılması barədə göstəriş verib. Tampa şəhərində (Florida ştatı) fəaliyyət göstərəcək qrup təxminən 20 mülki və hərbi qulluqçudan ibarət olacaq.

Yeni struktur ABŞ hökumətinin digər qurumları ilə koordinasiyalı şəkildə İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə qabaqcıl silah sistemlərinin, ikili təyinatlı texnologiyaların, sanksiyalara məruz qalan materialların və qanunsuz gəlir mənbələrinin daşınmasının qarşısını almaq istiqamətində fəaliyyət göstərəcək.

"'Iron Gate' işçi qrupunun yaradılması dənizdə İrana qarşı tətbiq etdiyimiz sarsılmaz blokadanın uğurunu möhkəmləndirir. CENTCOM-un ABŞ hökumətinin digər qurumları ilə əməkdaşlığının gücləndirilməsi İranın terrorizmi maliyyələşdirmək, silah istehsalı müəssisələrini yenidən qurmaq və hərbi ehtiyatlarını bərpa etmək imkanlarını daha da məhdudlaşdıracaq", - Bred Kuper bildirib.

CENTCOM-un məlumatında, həmçinin qeyd olunub ki, son aylarda ABŞ-ın dəniz blokadası İranın 25 milyard dollardan çox xam neft ixrac etməsinin qarşısını alıb. İran limanlarına daxil olan və oradan çıxan bütün gəmilərə qarşı dənizdə sərt nəzarət tədbirləri davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости