https://news.day.az/azerinews/1874205.html Tovuzda bıçaqlanan hamilə əməliyyat olunur - YENİLƏNİB Tovuzda hamilə bıçaqlanıb. Trend-in məlumatına görə, S. Məmmədli kəsici alətlə xəsarət alıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Polisin keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə. Məmmədzadə saxlanılıb.

Tovuzda bıçaqlanan hamilə əməliyyat olunur - YENİLƏNİB

Azərbaycanca, 13 ноября 2026 18:45 (UTC +04:00) 319
Tovuzda bıçaqlanan hamilə əməliyyat olunur

Noyabrın 13-də saat 17:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (qadın) qarın boşluğunun kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, vəziyyəti orta ağır qiymətləndirilən şəxs dərhal əməliyyata alınıb. Hazırda əməliyyat davam edir.

---------
17:41

Tovuzda hamilə bıçaqlanıb.

Trend-in məlumatına görə, S. Məmmədli kəsici alətlə xəsarət alıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

 

Polisin keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə. Məmmədzadə saxlanılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости