https://news.day.az/azerinews/1874399.html Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb. Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Belə ki, Sabunçu rayonu Ramana qəsəbəsində bir nəfər polisə müraciət edərək avtomobilindən 6000 manat nağd pul və bank kartlarının oğurlanmasını bildirib.

Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

Azərbaycanca, 14 ноября 2026 16:24 (UTC +04:00) 178
Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb.

Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Belə ki, Sabunçu rayonu Ramana qəsəbəsində bir nəfər polisə müraciət edərək avtomobilindən 6000 manat nağd pul və bank kartlarının oğurlanmasını bildirib. Polisin keçiridiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Ağamirzəyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs nəqliyyat vasitəsinin qapısının açıq olmasından istifadə edərək qeyd edilən hadisəni törədib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости