https://news.day.az/azerinews/1874602.html Bakıda yağış yağır - Şahdağda qarın hündürlüyü 20 santimetrə çatıb Ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin noyabrın 16-sı saat 9:00-a olan məlumatına əsasən, bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qar yağır.

Bakıda yağış yağır - Şahdağda qarın hündürlüyü 20 santimetrə çatıb

Azərbaycanca, 16 ноября 2026 10:19 (UTC +04:00) 342
Bakıda yağış yağır

Ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir.

Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin noyabrın 16-sı saat 9:00-a olan məlumatına əsasən, bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qar yağır.

Qar örtüyünün hündürlüyü Şahdağda 20, Qrızda 14, Xınalıqda 7, Kəlbəcərdə 5, Laçında 4, Qubadlıda 2, Qusarda (Laza) 3 sm-dir.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6 mm-dir.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı:

Qəbələdə 20, Oğuzda 17, Göygöldə 16, Daşkəsəndə 15, Astarada 14, Ağsuda 13, Şamaxı, Bərdə və Tərtərdə 11, Göyçayda 10, Beyləqanda 9, Lənkəran və Gədəbəydə 8, Goranboy, İmişli, Biləsuvar və Kişçayda (Şəki) 6, Lerik, Sabirabad, Şabran, Xaltan, Kürdəmir, Ağdam, Naftalan, Gəncə, Yevlax, Zərdab, Neftçala, Sarıbaş (Qax), Qobustan, Yardımlı, Naxçıvan, Xaçmaz, Mingəçevir, Şəmkir, Balakən, Cəbrayıl, Şahbuzda 1-5 mm-dək qeydə alınır.

Şuşa, Xankəndi, Füzuli rayonlarında da arabir leysan xarakterli yağış yağıb.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 25 m/s-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 6.2 metrə çatır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости