https://news.day.az/azerinews/1874702.html Nəsimi Musayevdən xəbər var Ermənistanda saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevin işi ittiham aktı ilə məhkəməyə göndərilib. Day.Az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, işə Sünik məhkəməsində baxılacaq.

Nəsimi Musayevdən xəbər var

Azərbaycanca, 16 ноября 2026 15:03 (UTC +04:00) 281
Nəsimi Musayevdən xəbər var

Ermənistanda saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevin işi ittiham aktı ilə məhkəməyə göndərilib.

Day.Az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunur ki, işə Sünik məhkəməsində baxılacaq.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun sentyabrın 26-sı xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb.

Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости