“Voyager-1” Yerdən bir işıq günü uzaqlaşdı – Kosmosda tarixi hadisə
NASA-nın "Voyager-1" kosmik aparatı Yerdən bir işıq gününə bərabər məsafəyə çataraq tarixi mərhələni geridə qoyub. Zond bu həddi noyabrın 18-də Bakı vaxtı ilə saat 14:16-da keçib. 1977-ci ildə kosmosa göndərilən aparat hazırda Yerdən təxminən 25,9 milyard kilometr uzaqdadır.
Day.Az xəbər verir ki, "Voyager-1" ulduzlararası fəzada saatda təxminən 61 min kilometr sürətlə hərəkət edir. İşığın və radio siqnallarının bu məsafəni qət etməsi 24 saat çəkir. Buna görə də Yerdən göndərilən siqnalın aparata çatması və cavabın geri qayıtması ümumilikdə təxminən 48 saat vaxt aparır.
Əsas missiyası Yupiter və Saturnu araşdırmaq olan aparat 2012-ci ildə ulduzlararası fəzaya daxil olan ilk kosmik zond olub. Təxminən 49 ildir fəaliyyət göstərən "Voyager-1" hələ də Yerə elmi məlumatlar ötürür. Onun əldə etdiyi mühüm nəticələr arasında Yupiterin peyki İoda aktiv vulkanların görüntülənməsi və Saturnun peyki Titanın atmosferinin araşdırılması da var.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре