Azərbaycanda fəaliyyət göstərən İtaliya şirkətlərinin sayı açıqlandı
Azərbaycan-İtaliya münasibətləri möhkəm təməl üzərində qurulub və uğurla inkişaf edir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə birgə brifinq zamanı çıxışında deyib.
Nazir bildirib ki, bu illər ərzində iki ölkə arasında çoxsaylı sənədlər imzalanıb.
"Ölkələrimiz arasında bu zamanadək 65 sənəd imzalanıb. 20-yə yaxın sənəd baxış mərhələsindədir. Beynəlxalq platformalarda iki ölkə arasında sıx əməkdaşlıq var. Hazırda 124 İtalya şirkəti Azərbaycanda aktiv fəaliyyət göstərir.
Bugünkü danışıqlarımız əsasən iqtisadi əməkdaşlıq sahəsində davam edib",- deyə nazir əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре