https://news.day.az/azerinews/1876490.html Tacikistan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır Tacikistan hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması ilə bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) rəsmi bildiriş göndərib. Qərar 2027-ci il noyabrın 20-də qüvvəyə minməlidir.

Tacikistan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır

Azərbaycanca, 23 ноября 2026 16:07 (UTC +04:00) 253
Tacikistan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır

Tacikistan hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması ilə bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) rəsmi bildiriş göndərib. Qərar 2027-ci il noyabrın 20-də qüvvəyə minməlidir.

Day.Az xəbər verir ki, bu barədə TASS agentliyi noyabrın 23-də BMT-nin Baş katibi Antonio Quterreşə təqdim edilmiş sənədlərə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Düşənbənin Roma Statutunda iştirakına xitam verilməsi ilə bağlı müraciəti 2026-cı il noyabrın 20-də daxil olub. Beləliklə, təşkilatdan çıxış proseduru ilə nəzərdə tutulan birillik müddət gələn il noyabrın 20-də başa çatacaq.

Roma Statutuna əsasən, dövlət BMT-nin Baş katibinə yazılı bildiriş göndərməklə BCM-də iştirakına xitam verə bilər. Dövlət daha gec tarix göstərmədiyi təqdirdə, qərar müvafiq sənədin alındığı tarixdən 12 ay sonra qüvvəyə minir. Tacikistan Roma Statutunu 1998-ci ildə imzalayıb, 2000-ci ildə isə ratifikasiya edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости