https://news.day.az/azerinews/1876551.html Avropa Rusiya ilə danışıqlara hazırdır - Fridrix Merts Almaniya kansleri Fridrix Merts Avropanın Ukraynadakı münaqişənin həlli ilə bağlı Rusiya ilə danışıqlara hazır olduğunu və yeni danışıqlar raundunun yaxın vaxtlarda keçiriləcəyinə ümid etdiyini bildirib. Bu barədə o, Berlində NATO-nun baş katibi Mark Rütte ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Avropa Rusiya ilə danışıqlara hazırdır - Fridrix Merts

Azərbaycanca, 23 ноября 2026 19:34 (UTC +04:00) 302
Avropa Rusiya ilə danışıqlara hazırdır

Almaniya kansleri Fridrix Merts Avropanın Ukraynadakı münaqişənin həlli ilə bağlı Rusiya ilə danışıqlara hazır olduğunu və yeni danışıqlar raundunun yaxın vaxtlarda keçiriləcəyinə ümid etdiyini bildirib.

Bu barədə o, Berlində NATO-nun baş katibi Mark Rütte ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Əlbəttə, Avropa Rusiya ilə danışıqlar aparmağa hazırdır. Yaxın vaxtlarda Ukrayna, Rusiya, Avropa və ABŞ formatında müşavirlər səviyyəsində sülh danışıqları yenidən keçirilməlidir. Bu, məsələn, yenidən Əbu-Dabidə baş tuta bilər", - deyə Merts bildirib.

 

O, Rusiya tərəfinin də ABŞ ilə razılaşdırılmış danışıqlarda iştirak etməyə hazır olduğuna ümid etdiyini əlavə edib.

Qeyd edək ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar keçirilib. Avropa nümayəndələri həmin görüşdə iştirak etməyiblər.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl Moskvanın Avropanın mövqeyinin Ukrayna ətrafındakı vəziyyətin nizamlanmasına nə dərəcədə kömək edə biləcəyini anlamağı zəruri hesab etdiyini bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости